Ayətullah Xamnəi namizədlərə xəbərdarlıq etdi

saytların hazırlanması

Evə çatdırılma

Ayətullah Xamnəi namizədlərə xəbərdarlıq etdi

Dünya

03 İyun 2024 12:03 491


Seçkiqabağı təşviqatda namizədlər üçün mənəviyyat üstünlük təşkil etməlidir.

Yenisabah.az Təsnim-ə istinadla xəbər verir ki, bunu İranın Ali Rəhbəri Ayətullah Xamnəi deyib.

O, iyunun 28-də keçiriləcək prezident seçkilərində namizəd kimi qeydə alınacaq şəxslərə xitabən bildirib: "Böhtan atmaq, töhmət vurmaq, qaralamaq həm işlərin irəliləməsinə kömək etmir, həm də milli nüfuza xələl gətirir". pizza mizza

Ayətullah Xamnəi 14-cü prezident seçkilərinə dair fikirlərini belə açıqlayıb: Qarşıdakı seçkiləri böyük iştirakla keçirilərsə, bu, İran xalqı üçün böyük nailiyyət olar. Seçki rəqabəti meydanına daxil olan qardaşlar bu məqamı bir vəzifə hesab etməlidirlər. Allah qəlbləri hidayət edər və inşallah, insanlar ən yaxşı namizədə səs verər və İran millətinə layiqli prezident seçilər".


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!