“Bizim xaricdə yaşayan vətəndaşlarımız orda pasportu şəxsiyyət vəsiqəsinə görə alırlar. Xəstəliyə, müaribəyə görə çoxunun şəxsiyyət vəsiqəsinin vaxtı keçib. Minlərlə insan var ki, onlar xaricdə sənədsiz qalıb, işləyə bilmirlər. Bu, bizim ölkə üçün ayıbdır, nəyə görə vətəndaşımız küçələrdə qalmalıdır?!”.
Yenisabah.az xəbər verir ki, bunu Milli Məclisin deputatı, Vətəndaş Həmrəyliyi Partiyasının sədri Sabir Rüstəmxanlı parlamentin iclasında çıxış edərkən deyib.
Millət vəkili təklif edib ki, əhalimizin çox yaşadığı – Rusiya, Almaniya, Türkiyə kimi ölkələrə “ASAN Xidmət”in səyyar qrupları getsin və orada illərlə sənəd ala bilməyən vətəndaşlarımızın qanuni Azərbaycan sənədi almasına kömək etsinlər. Marqarita pizza
Telegram kanalımız