“Azərbaycan bizim öz Elçibəyimiz olmasından istifadə etdi” - Manukyan 

saytların hazırlanması

Evə çatdırılma

“Azərbaycan bizim öz Elçibəyimiz olmasından istifadə etdi” - Manukyan 

Siyasət

15 Yanvar 2021 10:52 1844


Ermənistanda müxalifətin baş nazirliyə namizədi Vazgen Manukyan Rusiya RBK agentliyinə müsahibəsində 2-ci Qarabağ müharibəsi zamanı Baş nazir Nikol Paşinyanı 1-ci Qarabağ müharibəsi zamanı Azərbaycana rəhbərlik edən Əbülfəz Elçibəylə müqayisə edib.

“Yeni Sabah” xəbər verir ki, Vazgen Manukyanın sözlərinə görə, "Rəngli inqilablar dalğasında hakimiyyət başına əsasən hakimiyyət idarə etməyə hazır olmayan səriştəsiz insanlar gəlir. "Paşinyan cəmiyyəti keçmişlərə və yenilərə bölərək, onu parçalayıb. Rəngli inqilablar baş vermiş Ukraynada və başqa yerlərdə də belə olub", - Vazgen Manukyan deyib.

"Birinci Qarabağ müharibəsi zamanı 1992-1994-cü illərdə biz Azərbaycana qalib gəldik, bizə ölkəyə Əbülfəz Elçibəyin rəhbərlik etməsi çox kömək etdi. O zaman hələ "məxməri inqilab" termini yox idi, lakin o, məhz belə nöqteyi-nəzərdən çıxış edən insan idi. İndi də Azərbaycan bizim öz Elçibəyimiz olmasından istifadə etdi", - Manukyan əlavə edib. Dördpendirli pizza

Manukyan hesab edir ki, Serj Sarkisyan hakimiyyətdə qalsaydı, sadəcə müharibə başlanmazdı. Onun sözlərinə görə, Paşinyan Dağlıq Qarabağ danışıqlarını əngəllədi, bir sıra bəyanatları ilə ona gətirdi ki, Qarabağ problemi ərazi davasıdır, millətin öz müqəddəratını müəyyən etmək məsələsi deyil və Azərbaycana "müharibə başlamaq olar" fikrinə gəlməyə imkan verdi.

Əbülfəz Elçibəy 1992-93-cü illərdə Azərbaycan Respublikasının ikinci Prezidenti olub.

O, Azərbaycan tarixində xalq tərəfindən, demokratik seçkilər yolu ilə seçilən ilk Prezident hesab olunur. O, azərbaycanlı dövlət, siyasi və ictimai xadim, Azərbaycan Xalq Cəbhəsinin lideri və Azərbaycan Milli Azadlıq Hərəkatının liderlərindən biri olub.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!