“Azərbaycan bölgədə  əsl söz sahibinə çevrilib” – Şərh

saytların hazırlanması

Evə çatdırılma

“Azərbaycan bölgədə  əsl söz sahibinə çevrilib” – Şərh

Siyasət

22 Yanvar 2021 08:46 1048


““Azərbaycan Respublikası Hökuməti ilə Türkmənistan Hökuməti arasında Xəzər dənizində “Dostluq” yatağının karbohidrogen resurslarının birgə kəşfiyyatı, işlənməsi və mənimsənilməsi haqqında Anlaşma Memorandumu”nun imzalanması  tarixi hadisədir”

“Yeni Sabah” xəbər verir ki, bunu Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə deyib. O, bildirib ki, yatağın “Dostluq” adlandırılması iki ölkə arasında dostluğun, qardaşlığın, qarşılıqlı əlaqələrin həm də tarixi etnik-dini ənənələrə söykənməsinin bariz nümunəsidir. 

“Bu mühüm addım iki ölkənin  münasibətlərində yeni bir səhifənin açılmasına səbəb olacaq. “Dostluq” yatağının karbohidrogen  resurslarının birgə kəşfiyyatı, işlənməsi və mənimsənilməsi  haqqında  imzalanan Anlaşma Memorandumu ölkəmizin neft-qaz strategiyasının inkişafında böyük əhəmiyyətə malikdir. Azərbaycan son ilər tranzit ölkə kimi də mövqeyini möhkəmləndirməkdədir. Bu tarixi hadisə ölkəmizin  tranzit ölkə kimi rolunun artmasına da öz müsbət təsirini göstərəcək”. Toyuqlu pizza

V. Rəhimzadənin sözlərinə görə, nəqliyyat sektoruna  çoxmilyardlıq investisiyanın qoyulması Azərbaycanı Avrasiyanın mühüm nəqliyyat və  logistik mərkəzlərindən birinə çevirib: “Əlbəttə, imzalanan Anlaşma Memorandumu iki dost ölkə arasında  əməkdaşlıq  əlaqələrinin daha da genişlənməsi üçün  yeni perspektivlər açır. Bu fakt bir daha sübut edir ki, regional əməkdaşlığa davamlı töhfələr verən Azərbaycan beynəlxalq münasibətlər sistemində yerini və rolunu möhkəmləndirməklə bölgədə  əsl söz sahibinə çevrilib, etibarlı tərəfdaş kimi nüfuz qazanıb. 

Sənədin imzalanması həm də onu sübut edir ki, Xəzər dənizində bütün məsələlər dialoq və əməkdaşlıq mühitində həll oluna bilər. 2021-ci ildə Türkmənistanın təşəbbüsü ilə keçiriləcək Xəzəryanı dövlətlərin dövlət başçılarının növbəti Zivə Toplantısı ərəfəsində bu Memorandumun imzalanması sahilyanı dövlətlər arasında əməkdaşlığın daha da genişləndirilməsinin bariz nümunəsi kimi dəyərləndirilir”.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!