“Azərbaycan Fransanın Ermənistana verdiyi silahları zərəsizləşdirə bilər”

saytların hazırlanması

Evə çatdırılma

“Azərbaycan Fransanın Ermənistana verdiyi silahları zərəsizləşdirə bilər”

Siyasət

25 Fevral 2024 12:22 776


Fransada Emanuel Makron höküməti regionumuzdakı mövcud reallıqları dərk edə bilmir. Azərbaycana təsir etmək üçün Fransa höküməti müxtəlif qərarlar qəbul edir, beynəlxalq təşkilatlarda ölkəmizin əleyihinə qətnamələrin qəbul olunmasına çalışır və bizə qarşı Ermənistanı silahlandırır. Bütün bunlar Cənubi Qafqazda olmaq istəyən Fransanı, əksinə olaraq Cənubi Qafqazdan daha çox uzaqlaşdırır. Ölkəmizə qarşı məkirli siyasət aparmaqla Mərkəzi Asiya ölkələri ilə də əlaqə qurmaq imkanlarından da məhrum olur. Halbuki, Afrikadan qovulmaqla əlindən çıxan uran ehtiyatlarını Mərkəzi Asiya ölkələri vasitəsilə bərpa etməyə çalışır. 

Bu sözləri Yenisabah.az-a açıqlamasında Ana Vətən Partiyası sədrinin müavini Yalçın Hacızadə söyləyib.

Politoloq bildirib ki, Azərbaycan uzun müddət Minsk qrupunun üzvü olan ölkələr arasında Fransanı mərkəz olaraq seçmişdi. Buna görə də 1993-cü ildən sonra prezident seçkilərində qələbə əldə etmiş Azərbaycan Prezidenti ilk səfərini Fransaya edirdi. Rəsmi Paris həmin zaman Ermənistan – Azərbaycan münasibətlərində daha çox bitərəf davranırdı. Lakin Emanuel Makronun hakimiyyətə gəlməsi ilə dünyanın bir çox bölgələrindən qovulan Fransa, torpaqlarımızı işğaldan azad etməklə regionumuzdan da uzaqlaşmasını qəbul edə bilmir.   pizza

Azərbaycanla təhdid, şantaj dili ilə, regionda sülhün əldə olunmasına mane olmaqla, Ermənistanı silahlandırmaqla nəyəsə nail ola biləcəyini düşünür. Halbuki, Prezident İlham Əliyev də dəfələrlə bəyan edib ki, “Azərbaycanla kimsə təhdid, şantaj dili ilə danışa bilməz”. Bu ifadə pafos və ya o demək deyil ki, biz özümüzü dünyanın ən güclü ölkəsi sayırıq. Bu, Azərbaycanda dövlət-xalq-prezident birliyinin olması deməkdir. Bu, bizi nədəsə qınayan ölkələrin öz neokolonist siyasətlərinə baxması deməkdir. Çünki onların əli daha çox qana, hüquqsuzluğa batıb. Bunlara görə bizim təsir etmək, onların siyasətini ifşa etmək imkanlarımız daha çoxdur. Necə ki, Fransanın Afrikada, Korsikada, Mayot adalarında, Yeni Kaledoniyada etdiklərini bütün dünyanın diqqətinə çatdırırıq. 

Çox təəssüflər olsun ki, Ermənistan Fransanın Cənubi Qafqazda neokolonist siyasət yeritməsi üçün bir vasitə olub. Başqa bir ölkənin forpostundan çıxmağa çalışaraq Fransanın təsirinə düşüb. Ümumiyyətlə, Ermənistan beynəlxalq münasibətlərin subyektliyindən daha çox obyektinə çevrilib. Əlbəttə, bütün bunlar Ermənistan üçün yaxşı nəsə vəd etmir. Fransalı Napaleonun belə bir sözü var “düşməniniz səhv edirsə mane olmayın, buraxın səhvini etsin”. 

Y. Hacızadənin sözlərinə görə, əslində Ermənistan başına gələnlərdən özü üçün böyük dərs çıxarmalıdı. Müharibədən əvvəl də, həmin müddətdə də Ermənistanı dəstəkləyən, silahlandıran ölkələr vardı, amma onu məğlubiyyətdən qurtara bilmədilər. Həmin silahları qənimət kimi ələ keçirdik və bəziləri yarasız vəziyyətdə parkda sərgilənir. Ona görə Ermənistan belə təxribatlara uymamalı, regionda sülhün yaranması, nəqliyyat – kommunikasiya xətlərinin açılmasına çalışmalıdır. Ermənistanın nicat yolu Azərbaycan və Türkiyə ilə əlaqələrin qurulmasındadır. Onu Azərbaycan və Türkiyə istəmədikcə uzaqda yerləşən Fransa qurtara bilməyəcək. 

Heç şübhəsiz ki, Fransanın Ermənistana verdiyi 2-3-cü nəsil silhalar bizim sahib olduğumuz 4-5-ci silahlar qarşısında Prezident İlham Əliyevin bildirdiyi kimi “sınıq-salxaq “Bastion” maşınları, konserv bankasıdır”. Ermənistanda mövcud silah arsenalını əsasən Rusiyadan alınmış hərbi texnikalar və qurğular təşkil edir. Ona görə Fransadan və Hindistandan alınmış hərbi texnikaların Rusiya silah sisteminə necə inteqrasiya olunacağı sual altındadır. Həm də Ermənistanın hərbi sistemi Rusiyanın əlindədir. Ona görə Fransa ona heç vaxt yeni nəsil silah verməz. Çünki yeni nəsil silahları istehsal edən ölkə həmin tenologiyanın sirrinin qorunmasına çalışır, bu da Ermənistanda mümkün deyil. 

Politoloq, Fransanın Müdafiə nazirinin “biz Ermənistanı Azərbaycana qarşı silahlandırırıq deməsini” də Ermənistanı açıq şəkildə yeni təxribata çəkmək hesab edir. Bu açıqlamadan sonra  Azərbaycanın təhlükəni əvvəlcədən aradan qaldırmaq məqsədi ilə həmin silahları legitim hədəf kimi zərəsizləşdirmək hüququ var.  Bununla bağlı da dövlət başçısı qeyd edib ki, “qoy eşidən eşitsin ki, biz görsək, bizə qarşı real təhlükə yaransa, biz preventiv addımlarla o təhlükəni istənilən nöqtədə məhv edəcəyik” – deyə vurğulayıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!