“Azərbaycan hərbi təminat baxımından Türkiyə ilə əməkdaşlıqda maraqlıdır”

saytların hazırlanması

Evə çatdırılma

“Azərbaycan hərbi təminat baxımından Türkiyə ilə əməkdaşlıqda maraqlıdır”

Siyasət

02 Mart 2024 19:32 669


Azərbaycan hərbi təminat baxımından Türkiyə ilə əməkdaşlıqda maraqlıdır, bu istiqamətdə konkret addımılar atılır.

Yenisabah.az “Report”a istinadən xəbər verir ki, bu barədə Azərbaycan Xarici işlər naziri Ceyhun Bayramov Antalya Diplomatiya Forumu çərçivəsində jurnalistlərə açıqlamasında bildirib.

“Burada əməkdaşlığın müxtəlif formaları mövcuddur. Türkiyədə istehsal olunan silahların alınması, Azərbaycanda hər iki ölkənin müştərək hərbi istehsalının qurulması, eləcə də bu ölkənin iri layihələrində azərbaycanlı mütəxəssislərin iştirakı buraya daxildir. Bunların hər birinin ayrı-ayrılıqda əhəmiyyəti böyükdür, hər 3 istiqamətdə önəmli qərarlar qəbul edilib. Düşünürəm ki, gələcəkdə bunun effektini daha çox görəcəyik”, - C.Bayramov deyib. pizza sifarişi


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!