Azərbaycan Ordusunun mövqeləri atəşə tutuldu

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycan Ordusunun mövqeləri atəşə tutuldu

Hadisə

26 Noyabr 2022 14:32 1250


Noyabrın 26-sı saat 00:05-dən 00:20-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Qaraiman yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Ordumuzun Daşkəsən rayonunun Astaf yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini atıcı silahlardan fasilələrlə atəşə tutub.

Yenisabah.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat verib. 

Bundan başqa, saat 09:25-dən 10:10-dək Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstəsinin üzvləri tərəfindən Azərbaycan Ordusunun Ağdam və Xocavənd rayonları istiqamətlərində yerləşən mövqeləri də fasilələrlə atəşə tutulub. Dördpendirli pizza

Qeyd olunan istiqamətlərdə yerləşən bölmələrimiz tərəfindən adekvat cavab tədbirləri görülüb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!