Parlamentdə müharibə çağırışı: Cənubi azərbaycanlılara müraciət...

saytların hazırlanması

Evə çatdırılma

Parlamentdə müharibə çağırışı: Cənubi azərbaycanlılara müraciət...

Siyasət

05 Mart 2024 12:07 796


“Hazırda işğal altında olan 8 kəndi Azərbaycan torpaqlarına birləşdirməliyik”.

“Yeni Sabah” xəbər verir ki, bunu Milli Məclisin martın 5-də keçirilən iclasında deputat Fəzail Ağamalı deyib.

Deputat Azərbaycanın işğal altında olan kəndlər üçün əməliyyatlar həyata keçirməli olduğunu bildirib: Sezar pizza

“Ermənistan Fransa və Yunanıstanla birlik yaradır və onlarla vasitəsilə silahlanmağa çalışır. İrəvanda hakimiyyətdə olanlardan başlayaraq sadə vətəndaşa qədər hər kəs revanşist düşüncələrlə Azərbaycana qarşı müharibəyə hazırlaşırlar. Azərbaycan müstəqilliyi, suverenliyi uğrunda mübarizə aparır. Heç bir qüvvənin qarşısında təslim olmayacağıq. Nə qədər ki Ermənistan güclü şəkildə silahlanmayıb, biz hərbi əməliyyatlar həyata keçirib işğal altında olan 8 kəndi torpaqlarımıza birləşdirməliyik”.

“Hesab edirəm ki, hadisələrin gedişi heç də xoşagələn deyil. Cənublu soydaşlarımıza müraciət edərək bildirirəm ki, Vətən müharibəsində olduğu kimi müxtəlif ölkələrdən İran vasitəsilə Ermənistana aparılan silahların qarşısını almaq üçün iradələrini ortaya qoysunlar”, – deputat qeyd edib.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!