"Qəddarlıq, qan tökmək, başqalarının varına, dövlətinə, torpağına göz dikmək kimi əqidəyə, sağalmaz bəlaya düçar olan ermənilərdən ibarət 6 nəfərlik quldur dəstəsi dekabrın 27-də saat 15.30 radələrində Azərbaycanın Xocavənd rayonunun Ağdam (Akaku) kəndi istiqamətində Azərbaycan Ordusunun bölmələrinə hücum edib. Nəticədə bir nəfər hərbi qulluqçumuz şəhid olub, bir əsgərimiz isə yaralanıb. Qanunsuz erməni hərbi dəstəsinin altı üzvü məhv edilib".
Bunu “Yeni Sabah”a açıqlamasında Milli Məclisin deputatı Naqif Həmzəyev deyb. Millət vəkili qeyd edib ki, tarixən ruhu, əqidəsi barbarlıqdan, vandalizmdən yoğrulmuş bir toplumun nümayəndələri eyni taktikadan istifadə edirlər, kürəyimizdən zərbə endirirlər:
"30 ilə yaxın müddət ərzində işğal etdikləri tarixi Azərbaycan torpaqlarında milli-mədəni irsimizi dağıdan, abidələrimizi məhv edən, insanlarımızın əmlakını ələ keçirən erməni terrorçuları əzəli-əbədi torpaqlarımızdan çıxanda da terrorlar törətməkdən də əl çəkmədilər, öz çirkin xislətlərini nümayiş etdirirlər. Qarabağ müharibəsində uğursuzluğa düçar olan və Azərbaycan Ordusu qarşısında darmadağın edilən Ermənistan silahlı qüvvələri torpalarımızı tərk etməyə məcbur edildi. 10 noyabrda imzalanan Bəyanata görə, atəşkəsə cavabdeh kimi Rusiya sülhməramlıları bölgədə yerləşdirildi. Təəssüflər olsun ki, erməni ordusunun qalıqları və erməni silahlıları hələ də üçtərəfli anlaşmanın şərtlərinə məhəl qoymayıb, Azərbaycan ərazilərini tərk etməyiblər, hətta terror aktları törətməkdə, Azərbaycanlıların həyatına qəsd etməkdə davam edirlər". pizza hut
Millət vəkili deyib ki, erməni silahlı dəstələri ilə bağlı ciddi ölçülərin götürülməsi əsas şərtlərdəndir:
"Ermənilər də, onların havadarları da unutmasınlar ki, Azərbaycan xalqı dəmir yumruq olub birləşməyi, haqqı olanı uğrunda mübarizə etməyi yaxşı bacarır. Zəfərimizlə başa çatan 44 günlük Vətən Müharibəsi mənfur düşmənə anlatdı ki, Azərbaycan xalqı 1 qarış torpağından belə keçən deyil".
Telegram kanalımız