Bakının Nərimanov rayonunda 12 yaşlı qız bədbəxt hadisə nəticəsində ölüb.
“Yeni Sabah” APA-ya istinadən xəbər verir ki, hadisə Əliyar Əliyev küçəsi ev 26-da qeydə alınıb.
Belə ki, 2010-cu il təvəllüdlü Mirzəzadə Fərəh Vüqar qızı yaşadığı binanın 6-cı mərtəbəsində yerləşən mənzildə yeni il üçün dekorasiya qururmuş. pizza sifarişi
Həmin vaxt o, pəncərədən yıxılıb.
O, aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Faktla bağlı hüquq mühafizə orqanın əməkdaşları tərəfindən araşdırma aparılır.
Telegram kanalımız