Azərbaycanda 15 yaşlı qız oğurlandı

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanda 15 yaşlı qız oğurlandı

Hadisə

14 Noyabr 2022 12:35 862


Tovuz sakini nəvəsinin oğurlanması ilə bağlı polisə müraciət edib. 

“Kriminalqafqaz”ın əldə etdiyi məlumata görə, rayonun Qovlar şəhər sakini, 1958-ci il təvəllüdlü A.H. rayon polis şöbəsinə ərizə ilə müraciət edərək nəvəsi, 2007-ci il təvəllüdlü Gülşənin (şərti) qaçırıldığını bildirib.

O əlavə edib ki, hadisə noyabrın 11-də gecə saat 1 radələrində baş verib. Dominos pizza

Şikayətçi nəvəsinin evlənmək məqsədilə qaçırıla biləcəyini qeyd edib.

Müraciətlə bağlı araşdırma aparılır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!