Kürdəmirdə 16 yaşlı qız doğuş zamanı ölüb.
Yenisabah.az xəbər verir ki, bu barədə “Azərbaycan Uşaqlar Birliyi”nin sədri Kəmalə Ağazadə məlumat verib.
O bildirib ki, hadisə rayonun Sığırlı kəndində qeydə alınıb. Dördpendirli pizza
Kəmalə Ağazadənin məlumatına görə, 16 yaşlı İsmiyeva Şəbnur Abuzər qızı ötən gün doğuş zamanı dünyasını dəyişib. Dünyaya gələn körpə sağ qalsa da, vəziyyəti ağırdır.
Şəbnur İsmiyeva bir il əvvəl kənd sakini ilə evlənib. Lakin onların rəsmi nikahı olmayıb.
Telegram kanalımız