Azərbaycanda bu əraziyə 17 sm qar yağıb

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanda bu əraziyə 17 sm qar yağıb

Sosial

03 Dekabr 2024 10:13 1207


Azərbaycanda dağlıq ərazilərə qar yağıb, yağan qarın hündürlüyü Şahbuzda 17, Qrızda 12, Şahdağda 8, Lazada (Qusar) 3, Daşkəsəndə 2, Xınalıq, Xaltan, Göygöl, Gədəbəydə 1 sm olub.

Yenisabah.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Ölkə ərazisində yağıntılı hava şəraiti davam edir, bəzi şərq rayonlarında leysan xarakterlidir. pizza sifarişi

Düşən yağıntının miqdarı Bakıda və Abşeron yarımadasında 13, Mərkəzi Aran bölgəsində 33 mm, Lənkəran-Astara bölgəsində 16, Qazax-Gəncə bölgəsində 3, Qarabağ və Şərqi Zəngəzurda eyni zamanda, Balakən-Şəki zonasında 2, Quba-Qusar zonasında 1 mm-dək olub.

Sumqayıt, Daşkəsən, Göygöl, Naftalan, Gəncə, Şəmkir, Balakən, Qax, Zaqatala, Şəki, Şamaxı, Qobustan, Quba, Qəbələ, Qusar, Qrız, Xaltan, Göyçay, Lerikdə duman müşahidə olunub, görünüş 200-500 metrədək məhdudlaşıb.

Havanın temperaturu Bakıda və Abşeron yarımadasında, Aran rayonlarında 6 dərəcəyədək isti, Naxçıvan MR-da 6, dağlıq rayonlarda 10 dərəcəyədək şaxta qeydə alınıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!