Azərbaycanda bu idarələr ləğv edildi - SİYAHI

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanda bu idarələr ləğv edildi - SİYAHI

Siyasət

04 Fevral 2024 12:36 1423


Azərbaycanda bu idarələr ləğv edilib və bununla bağlı müvafiq qərar verilib

Naxçıvan Muxtar Respublikasındakı Yol Təmir İstismar idarələrinin adları və təşkilati hüquqi formaları dəyişdirilib.

İqtisadiyyat.az-ın əldə etdiyi məlumata görə, bununla bağlı müvafiq qərar verilib. Marqarita pizza

Qərara əsasən, muxtar respublikanın şəhər və rayonları üzrə 8 qurumun idarə statusu ləğv edilib.

Belə ki, Naxçıvan, Babək, Culfa, Kəngərli, Ordubad, Sədərək, Şahbuz və Şərurdakı bu qurumlar yeni ad və təşkilati hüquqi forma ilə fəaliyyətlərini davam etdirəcəklər.

Həmin qurumlar qeyd olunan şəhər və rayonlar üzrə müvafiq olaraq məhdud məsuliyyətli cəmiyyətə (MMC) çevrilib.

 


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!