Azərbaycanda bu işsizlərə hər ay pul veriləcək - RƏSMİ

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanda bu işsizlərə hər ay pul veriləcək - RƏSMİ

Sosial

01 Dekabr 2024 14:58 11945


"İşsizlikdən sığorta ödənişi hər bir kəsə şamil edilmir. Müəyyən qaydalar var. "İşsizlikdən sığorta haqqında Qanun"un müvafiq maddəsində nəzərdə tutulan hallarda əmək müqaviləsinə xitam verilmiş şəxslərə ödənişlərə şamil olunur".

İşsizlikdən sığorta ödənişi şöbəsinin müdiri Eldar Əliyev bildirib.

Onun sözlərinə görə, işsizikdən sığorta ödənişi ümumiyyətlə şəxslərin itirdikləri əmək haqlarının kompensasiya edilməsinə yönəldilmiş olan bir tədbir formasıdır və şəxsin öz iradəsindən asılı olmadan işsiz qaldıqları təqdirdə onlara ödənilir.: Toyuqlu pizza

"Yəni işsizlik müavinəti adı altında bir sosial təminat forması yoxdur. İşsiz müraciət edən şəxsin sığorta stajından və xitam olunduğu maddədən asılı olaraq şəxslərə ya itirdikləri orta aylıq əmək haqqının 50 faizi məbləğində və ya minimum sığorta ödənişi məbləğində təyinat aparılır.

Bildiyiniz kimi, minimum sığorta ödənişi ölkə üzrə qəbul edilmiş minimum aylıq əmək haqqı məbləğinə bərabər tutulur. Bu, sığorta ödənişinin minimum həddidir. Maksimum həddi isə ötən ildə ölkə üzrə orta aylıq əmək haqqının məbləğinə bərabər tutulur. Bu da hal hazırda 933 manat 80 qəpik təşkil edir".


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • Gunay
    Işsizem evde 1 ce nefer cemi hokumet işindedir evde 4 qadin bir balaca usag var bizde ya yardim istyirik yda iş.men ozum qan azliginan eziyyet cekirem 3 aydan bir qan alinir nece etmeliyik imkansiliqdan
    1 year ago
  • Ibrahim Quliyev
    Mən öz iwinden aldadılıb öz adımla ərizə yazdirilib çıxarılmışam , yeni idarə rəisi gəlib deyə hamin öz əli ilə ərizələrini yazdirdilar, və iki gündən sonra çağırdılar ki ödəniş azad olunmuşam, nə kompensasiya verdilər nedeki mewqulluq mənə yiyə durdu
    1 year ago
  • Xanım
    İs verdiler mene getdim həmən adam vermedi mene pul güdür hamı . Biz nə edək hara baxaq göyə ağzimizi acaq. Heç olmasa bir insan 4_8 min alırsa onun yarısını almayanlara verin da
    1 year ago
  • XANIM
    Salam Həqiqətən neçə illərdir səbr edirik . Yenede edərik . Amma alınmır . İş vermirlərsə heç olmasa dövlət aile başına 40_50 manat pul ayırsın . İnsanlar yaşasın bele olmaz ki . ! Xarici ölkələrdə bizdən çox pul alırlar siz 50 m her aile başına vermeye qiymirsiz . İş vermirlər mənə necə ildir məşğulluga gedirəm yalandan açılıb hamını yola salırlar
    1 year ago