Bu gün saat 06:00-dan etibarən şənbə və bazar günləri həyati əhəmiyyət kəsb edən fəaliyyət növləri, o cümlədən aptek və ərzaq mağazaları istisna olmaqla digər bütün sahələr üzrə dayandırılan yerində xidmətlər yenidən bərpa olunub.
“Yeni Sabah”ın məlumatına görə, bu haqda Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb. Şənbə və bazar günləri bərbərxana və gözəllik salonlarında, kafe-restoranlarda və digər iaşə obyektlərində yerində dayandırılan xidmətlər bu gündən bərpa edilir.
Qərar 2020-ci il 21 noyabr saat 00:00-da qüvvəyə minib və bütün ölkə ərazisində 28 dekabr saat 06:00-dək şənbə və bazar günləri qüvvədədir. Dominos pizza
Telegram kanalımız