Azərbaycanda dəhşət: Ər səhvən arvadının üstünə benzin tökdü...

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanda dəhşət: Ər səhvən arvadının üstünə benzin tökdü...

Kriminal

26 Sentyabr 2023 13:53 3070


Kürdəmir rayonunda ər və arvadının ölüm səbəbləri barədə müxtəlif versiyalar ortaya çıxır. Onlardan biri də odur ki, ailə üzvləri evə daxil olaraq telefonu şarj etmək məqsədilə adapteri elektrik cərəyanına qoşublar. Bu zaman mənzildə güclü partlayış baş verib.

“Yeni Sabah” xəbər verir ki, Lent.az hadisənin təfərrüatlarını araşdırıb. Hadisənin partlayışdan baş verməsi xəbəri özünü doğrultmayıb.

Kənd sakinlərinin bildirdiyinə görə, V. Zərbəliyev dünən günorta saatlarında nahara gəlibmiş. Bu zaman yan otaqda həyat yoldaşının qışqırığını eşidib. pizza

Hadisə şahidlərinin dediyinə görə, yanan həyat yoldaşını xilas edərkən su əvəzinə çaşıb benzin töküb. Nəticədə hər ikisi yanaraq ölüb.

Evdə vedrə ilə benzinin olmasının nə qədər inandırıcı olduğunu bilməsək də, nəticədə ər və arvad yanaraq dünyasını dəyişib. Kənd sakinlərinin verdiyi məlumata görə, bu daha çox intihar xarakterli hadisədir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!