Azərbaycanda dəhşətli qəza: Xeyli yaralı var - ADLAR

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanda dəhşətli qəza: Xeyli yaralı var - ADLAR

Kriminal

09 Noyabr 2023 20:26 5330


Ağsu-Kürdəmir-Bəhrəmtəpə avtomobil yolunun Ağsunun Qaraqoyunlu kəndindən keçən hissəsində baş verən qəzada 10 nəfər xəsarət alıb.

“Yeni Sabah” Trend-ə istinadən xəbər verir ki, ilkin məlumata görə, hərəkətdə olan iki minik avtomobilinin toqquşması nəticəsində maşınlarda olan sürücü və sərnişinlər xəsarət alıblar. Müxtəlif dərəcəli bədən xəsarətləri alan 10 nəfər xəstəxanaya çatdırılıb.

Qəzada xəsarət alanların kimliyi bəlli olub. Report yazır ki, onlar Ağsu sakinləri - VAZ-2107-nin sürücüsü, 32 yaşlı Abdıyev Malik Səlim oğlu, hər iki avtomobilin (digər avtomobil "Mercedes"dir - red) sərnişinləri - 33 yaşlı Osmanlı Afaq Nizaməddin qızı, 63 yaşlı Qurbanova Nəzakət Alməmməd qızı, 65 yaşlı Abbasov Kamil Musaxan oğlu, sürücünün 7 yaşlı qızı Abdıyev Səma Malik qızı, 57 yaşlı Abbasova Gülüş Salman qızı və 31 yaşlı Abdıyeva Afət Nizaməddin qızıdır. Marqarita pizza

Fakt araşdırılır.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!