Azərbaycanda faciə: Evdə tək olan iki azyaşlı yanaraq öldü

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanda faciə: Evdə tək olan iki azyaşlı yanaraq öldü

Hadisə

04 Dekabr 2022 15:32 9653


Sumqayıtda iki azyaşlı yanaraq ölüb.

Yenisabah.az xəbər verir ki, hadisə şəhərin Xəzər bağları yaşayış massivində qeydə alınıb.

Belə ki, fərdi yaşayış evlərinin birində yanğın baş verib. Hadisə yerinə yanğınsöndürənlər cəlb olunub. Dominos pizza

Yanğın söndürüldükdən sonra evdə 2 uşağın yanmış meyiti aşkarlanıb. Həmin azyaşlıların 2017-ci il təvəllüdlü Sübhan Abbasov və 2021-ci il təvəllüdlü Dərya Quliyeva olduğu bildirilir.

Məlumata görə, hadisə baş verən zamanı evdə uşaqlar tək olub.

Hər iki uşağın meyiti aidiyyatı üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır./APA


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!