Azərbaycanda kimlərin pensiyasının yanvarın 1-dən artacağı məlum oldu

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanda kimlərin pensiyasının yanvarın 1-dən artacağı məlum oldu

Sosial

08 Dekabr 2024 11:15 55166


"2025-ci ildə bütün növ əmək pensiyaları artırılacaq və bu, Dövlət Sosial Müdafiə Fondunun (DSMF) büdcəsində öz əksini tapıb. Söhbət 2025-ci ildə 1 milyon 100 min vətəndaşımızın pensiyasının indeksləşdirilərək artırılmasından gedir".

BAKU.WS-in məlumatına görə, bu sözləri millət vəkili Vüqar Bayramov bildirib.

Onun sözlərinə görə, indeksləşdirmə faizi hər hansı qurum tərəfindən müəyyənləşdirilən faiz deyil: Sezar pizza

"Bu, əvvəlki ildə orta aylıq əmək haqqındakı artım faizinə uyğun olaraq həyata keçirən indeksləşdirmədir. 2024-cü ildə əmək pensiyalarının ödənilməsi üçün nəzərdə tutulan vəsaitin həcmi 6 milyard 525 milyon manatdır və bu, təsdiq edir ki, söhbət kifayət qədər böyük məbləğdə vəsait üzərindən indeksləşdirmədən gedəcək.

Bu, nəticə etibarilə növbəti il əmək pensiyası alan bütün vətəndaşlarımızın pensiya məbləğlərinin indeksləşdirilərək artırılmasına imkan verəcək və birmənalı şəkildə 2024-cü ildə nominal orta aylıq əmək haqqındakı artım faizi növbəti pensiya artımları üçün baza yaradacaq. Eyni zamanda, əmək pensiyası alan vətəndaşlarımızın sosial təminatının daha da gücləndirilməsinə imkan yaradacaq.

Digər məqam Dövlət Sosial Müdafiə Fondunun büdcəsi ilə bağlı sosial ekosistemin strukturunun dəyişməsi ilə bağlıdır. Çünki DSMF-in gəlirlərinin əhəmiyyətli hissəsi qeyri-dövlət yığımları üzərində qurulub. 2024-cü ildə geridə qalan 10 ayda Azərbaycanda ilk dəfə olaraq özəl sektorda bağlanan əmək müqavilələrinin sayı dövlət sektorundan daha çox olub.

Bu, əslində Dövlət Sosial Müdafiə Fondunun gəlirlərinin dayanıqlığı baxımından vacibdir. DSMF növbəti illərdə əmək pensiyalardakı artım tempini dinamik olaraq qoruyub saxlaya biləcək və indeksləşdirmə daxil olmaqla digər istiqamətlərdə pensiyaçılarımıza sosial təminat davam etdiriləcək".


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • Ramiz
    BES ELİLLERİN PENSİYASİ NE ZAMAN VE NEGEDER ARTİRİLACAG? HERŞEYİN GİYMETİ ARTİB ÖLKEDE BE PENSİYA MEBLEGLERİ ELİLLERİN NE ZAMAN ARTİRİLACAG?
    1 year ago
  • Xaqani
    Yazıdan belə məlum olur ki, əlilliyi olan şəxslərin yenə də pensiyası artmayacaq.
    1 year ago
  • Həsən
    3 cü qrup üzrə əlilliyi olanların da pensiyası artacaq?
    1 year ago
  • Tural
    Men hansisa soisal sebekede bir sey paylasanda az qala iki defe oxuyuram ki yanlis bir sey getmesin . Xeber derc edirsiz 2024 yerine 2004 yazirsiz ele bil bele de olmalidi eee. yazdiginizi oxumadan ele paylasirsiz xeberi. ? Tekce bu deyil olkede butun xeber saytlari bu gundedi. Ya yanlis melumatlar derc edilir ya da ki bele mexaniki sehvlerle dolu herifler yeyile yeyile. Ali tehsili nece almisiz o maraqlidi mene?
    1 year ago
  • Mirəyyub
    Yazdığınız xəbər, ya məlumatdır? Heç oyanırsınız? Kimlər sevinsin?
    1 year ago
  • Rasim Hikimetli
    Salam
    1 year ago
  • Zehra
    Bes elilliyi olanlarin sosial pensiyasi artmayacaq?
    1 year ago