Azərbaycanda qısqanc bəy öz toyunda qonağı bıçaqladı 

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanda qısqanc bəy öz toyunda qonağı bıçaqladı 

Kriminal

26 İyul 2023 12:10 4509


Qaxda bıçaqlanma hadisəsi olub. 

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan Yenisabah.az-a bildirilib ki, Qax rayon sakini, 1998-ci il təvəllüdlü Yamən Şıxəmirlinin kəsilmiş-deşilmiş xəsarətlərlə xəstəxanaya daxil olması barədə polisə məlumat daxil olub. 

Y.Şıxəmirliyə kəsici alətlə xəsarət yetirməkdə şübhəli bilinən Gədəbəy rayon sakini, 2002-ci il təvəllüdlü Ariz Əhmədov polis əməkdaşları tərəfindən saxlanılıb.  pizza mizza

Faktla bağlı araşdırma aparılır. 

Oxu.Az-ın əldə etdiyi məlumata görə, hadisə Qax şəhərində yerləşən şadlıq saraylarının birində keçirilən toy mərasimində baş verib. 

2002-ci il təvəllüdlü Ariz Əhmədov hadisəni öz toyu zamanı törədib. Y.Şıxəmirli həmin toyda qonaq qismində çıxış edib. A.Əhmədov hadisəni qısqanclıq zəminində törədib. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!