Azərbaycanda rüşvət alan yüksək vəzifəli şəxs həbs olundu

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanda rüşvət alan yüksək vəzifəli şəxs həbs olundu

Kriminal

31 Oktyabr 2023 19:23 7203


Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Lənkəran Regional Meşə Təsərrüfatı Mərkəzinin direktoru Amil Abdullayevin xidməti vəzifələrinin icrası zamanı vətəndaşdan rüşvət alması barədə daxil olmuş məlumat əsasında keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində cinayət işi başlanıb.

Baş Prokurorluğun Mətbuat xidmətindən “Yeni Sabah”a daxil olan xəbərə görə, istintaqla Amil Abdullayevin rəhbərlik etdiyi qurumun balansında olan meşə təyinatlı torpaq sahəsindən müxtəlif məqsədlər üçün istifadə müqabilində vətəndaşdan ümumilikdə 14 min 900 manat məbləğində pul vəsaitini rüşvət qismində almasına əsaslı şübhələr müəyyən edilib. 

Bundan başqa, həmin vəzifəli şəxsin xidməti otağında aparılmış axtarış zamanı iş üçün əhəmiyyət kəsb edən bir sıra sübutlar aşkar edilərək götürülüb.  pizza sifarişi

İş üzrə toplanmış ilkin sübutlar əsasında Amil Abdullayevə Cinayət Məcəlləsinin 311.3.3-cü (rüşvət alma külli miqdarda törədildikdə) maddəsi ilə ittiham elan edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Hazırda cinayət işi üçün əhəmiyyət kəsb edən bütün halların müəyyənləşdirilməsi istiqamətində istintaq-əməliyyat tədbirləri davam etdirilir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • RAHİM
    HANSI MƏMUR GEDİB HEYDƏR ƏLİYEVİM MƏZARƏ ÖNÜNDƏ AND İÇƏR Kİ RÜŞVƏT ALMAYIB.
    3 years ago