Azərbaycanda tələbə əməliyyatdan üç gün sonra vəfat etdi - Foto

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanda tələbə əməliyyatdan üç gün sonra vəfat etdi - Foto

Hadisə

22 Oktyabr 2022 21:42 1479


Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) tələbəsi əməliyyatdan üç gün sonra vəfat edib.

Yenisabah.az xəbər verir ki, Şəmkir rayon Ağlavaşlı kənd sakini Rühəngiz Məhərrəmova bu gün Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasında dünyasını dəyişib.

Əməliyyat həyata keçirən cərrah Rövşən Xəlilzadə APA-ya bildirib ki, R. Məhərrəmova oktyabrın 19-da beyin əməliyyatı olunub. Bu gün isə qəfildən halı pisləşib: "Bütün tibbi müdaxilələrə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb". Dördpendirli pizza

Qeyd edək ki, Azərbaycan Dövlət Aqrar Universitetinin üçüncü kurs tələbəsi olmuş R. Məhərrəmova İkinci Qarabağ Müharibəsində şəhid olmuş Qurban Qəzənfərlinin bacısıdır.

/APA


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!