Azərbaycanda vəzifəli şəxsi hədələdilər - 1 milyon pul...

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanda vəzifəli şəxsi hədələdilər - 1 milyon pul...

Kriminal

22 İyul 2023 10:06 10998


Nazirlər Kabinetinin İşlər İdarəsinin müdiri Hikmət Xəlilovdan külli miqdarda pul tələb olunub.

“Yeni Sabah” APA-ya istinadla xəbər verir ki, Xələfov Vahid Əlisafa adlı şəxs Hikmət Xəlilovdan xüsusi külli miqdarda pul tələb etdiyi üçün barəsində Cinayət Məcəlləsinin 182.4-cü və 322-ci maddəsi ilə ittiham irəli sürülüb.

Vahid Xələfov barəsində cinayət işinin istintaqı başa çatdırılaraq baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Dördpendirli pizza

Cinayət işi hakim Azad Məcidovun icraatına verilib.

İş üzrə zərərçəkən şəxs qismində tanınan Hikmət Xəlilov Nazirlər Kabinetinin İşlər İdarəsinin müdiridir. Cinayət işi üzrə tələb olunan pulun 1 milyon manatdan çox olduğu bildirilir.dan hədə-qorxuyla xüsusi ilə külli miqdarda pul tələb olunub.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!