Azərbaycandan qayıdan hərbçilər Ermənistanda dindirilir.
Yenisabah.az "Sputnik Armeniya"ya istinadən xəbər verir ki, bu barədə İstintaq Komitəsinin mətbuat katibi Vardan Tadevosyan məlumat verib.
Mətbuat katibi ötən gün Ermənistana təhvil verilən 5 erməni hərbçinin dindirildiyini qeyd edib: Dördpendirli pizza
“Hərbçilər İrəvanın İstintaq Komitəsinin hərbi idarəsindədirlər. Onlar dindirilir. Bundan sonra onların statusu müəyyən olunacaq”.
Xatırladaq ki, ötən gün Azərbaycan erməni hərbçilər Martin Aqramanyan, Aşot Gevorkyan, Feliks Qriqoryan, Varazdat Manukyan və Edik Tigrani Ovsepyanı Ermənistana təhvil verib.
Telegram kanalımız