Azərbaycanın “İnterpol”la axtarışa verdiyi şəxs Moldovada saxlanıldı

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanın “İnterpol”la axtarışa verdiyi şəxs Moldovada saxlanıldı

Kriminal

08 İyul 2023 01:05 1828


Moldova sərhədçiləri Ukrayna ilə sərhəddə kiberhücumlar törətməkdə şübhəli bilinən və “İnterpol” xətti ilə beynəlxalq axtarışda olan Azərbaycan vətəndaşını saxlayıblar.

Yenisabah.az Report-a istinadən xəbər verir ki, bu barədə Moldova Sərhəd Xidmətinin məlumatında deyilir.

Qeyd olunub ki, Azərbaycan hakimiyyəti tərəfindən beynəlxalq axtarışa verilmiş, kiberhücumlar üzrə ixtisaslaşmış mütəşəkkil cinayətkar dəstənin üzvü Otaç şəhərinin dövlət sərhədinin buraxılış məntəqəsində saxlanılıb. pizza sifarişi

Azərbaycan vətəndaşı olan 36 yaşlı şəxsin ekstradisiyası ilə bağlı qərar çıxarılıb.

Sərhəddə saxlanılan şəxs Ukrayna pasportunu göstərib, lakin əlavə yoxlamadan sonra sərhədçilər onun əslində Azərbaycan vətəndaşı olduğunu və “İnterpol”un məlumat bazasında beynəlxalq axtarışda olduğunu müəyyən ediblər.

Şübhəli şəxs Edinet şəhərindəki istintaq təcridxanasına yerləşdirilib, bundan sonra istintaq üçün Kişinyova aparılacaq və Azərbaycana göndəriləcək.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!