Azərbaycanın sabiq baş prokuroru vəfat etdi - Foto

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanın sabiq baş prokuroru vəfat etdi - Foto

Hadisə

15 Noyabr 2022 22:05 2703


Azərbaycan Respublikasının keçmiş baş prokuroru İxtiyar Şirinov vəfat edib.

Yenisabah.az xəbər verir ki, bu barədə onun qohumları məlumat yayıblar. Mərhumun uzun müddətdir ciddi xəstəlikdən əziyyət çəkdiyi qeyd edilib.

İxtiyar Şirinov son vaxtlara qədər Milli Konqres Partiyası adlı siyasi qurumun rəhbəri olub. Dominos pizza

İ.Şirinov 24 iyul 1952-ci ildə Beyləqan rayonunda anadan olub. 1972-1977-ci illərdə Bakı Dövlət Universitetinin Hüquq fakültəsində ali təhsil alıb. AXC hakimiyyəti dövründə əvvəlcə dövlət müşaviri olub. Sonra baş prokuror (1992–1993-cü illərdə) vəzifəsində çalışıb.

/Qaynarinfo


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!