Azərbaycanla Albaniya arasında viza rejimi ləğv edildi

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanla Albaniya arasında viza rejimi ləğv edildi

Siyasət

01 Mart 2024 21:46 814


1 mart tarixində Albaniya Respublikasının Baş naziri Edi Ramanın Azərbaycana işgüzar səfəri çərçivəsində Azərbaycan Respublikasının xarici işlər nazirinin müavini Fariz Rzayev və Albaniya Respublikasının xarici işlər nazirinin müavini Besart Kadia arasında görüş keçirilib.

Yenisabah.az xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.

Bildirilib ki, görüşdə Azərbaycan və Albaniya arasında siyasi, iqtisadi və humanitar sahələrdə əməkdaşlığın səviyyəsindən məmnunluq ifadə olunub və əlaqələrin daha da inkişafı üçün mövcud imkanlara dair fikir mübadiləsi aparılıb. Sezar pizza

Görüşün sonunda “Azərbaycan Respublikası Hökuməti ilə Albaniya Respublikası Nazirlər Şurası arasında ümumvətəndaş pasportlarına malik şəxslər üçün viza tələbinin qarşılıqlı aradan qaldırılması haqqında Saziş” imzalanıb.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!