Azərbaycanla Böyük Britaniya arasında Memorandum imzalandı

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanla Böyük Britaniya arasında Memorandum imzalandı

Siyasət

09 Fevral 2021 18:14 677


Azərbaycanda işgüzar səfərdə olan Böyük Britaniyanın Avropa qonşuluğu və Amerika məsələləri üzrə dövlət naziri xanım Vendi Morton Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayevlə görüşüb.

Yenisabah.az xəbər verir ki, bu barədə nazirlik məlumat yayıb.

Görüşdə iqlim dəyişmələrinə təsirlərin azaldılması, tullantıların, o cümlədən plastik tullantıların düzgün idarə edilməsi, səhralaşma ilə mübarizə və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb, gələcək əməkdaşlığın perspektivləri müzakirə olunub. pizza

Həmçinin, iki ölkə arasında ətraf mühit və iqlim dəyişikliyi sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!