Azərbaycanlı komandan Rusiyada vəzifəyə təyin edilib

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanlı komandan Rusiyada vəzifəyə təyin edilib

Sosial

01 Dekabr 2024 19:47 1921


Rusiya Qəhrəmanı general-polkovnik Rüstəm Muradov Quru Qoşunlarının Baş komandanının müavini vəzifəsinə təyin edilib.

Yenisabah.az apa-ya istinadən xəbər verir ki, bu barədə məlumatı RBC-yə Rusiya Müdafiə Nazirliyinə yaxın mənbə təsdiqləyib.

Qeyd edək ki, 2014-cü ildən Rusiya Quru Qoşunlarının Baş komandanı general Oleq Salyukovdur. Dominos pizza

Müdafiə Nazirliyi hələ Rüstəm Muradovun təyinatını rəsmən açıqlamayıb.

Xatırladaq ki, Rüstəm Muradov əvvəllər Ukraynada hərbi əməliyyatlar zonasında "Şərq" Qoşun Qruplaşmasının komandiri olub. 2022-ci ilin oktyabr ayından Şərq Hərbi Dairəsinin birgə strateji komandanlığına rəhbərlik edir.

Rüstəm Muradov Rusiyanın Qarabağdakı sülhməramlı kontingentinin ilk komandanı olub.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • Alp
    "Azərbaycanli komandan"- bah lap kövrəldim...Bu rus qulu Qarabağda min hoqqadan çıxırdı.
    1 year ago
  • Tеймур
    BU NECƏ AZƏRBAYCANLIDIR Kİ, QARABAĞDA RUS SÜLHMƏRAMLILARININ KOMANDANI OLANDA ERMƏNİLƏRLƏ CAN BİR QƏLBDƏ İDİ. XƏBƏRİ DÜZGÜN VERİN ZƏHMƏT OLMASA. O MESƏLMANDIR, AMMA TABASARAN MİLLƏTİDİR.
    1 year ago