Aparıcı Ülvira Qarayeva növbəti statusu ilə diqqəti özünə çəkdirib.
Yenisabah.az xəbər verir ki, o, "Facebook" hesabında uşaqlıq illərini xatırladan post yazıb:
“Bizim uşaqlığımız məlumatsız olub. Mənə deyirdilər, səni mağazadan almışıq, özü də “Dermir”dən. “Dermir” Naxçıvanda ən böyük uşaq aləmi mağazası idi. Mən də qardaş istəyirdim. Anam deyirdi, bacı istəyirsən, gedək alaq, 15 qəpikdir, qardaş bahadır, 1 manat. Böyüyənədək nə qədər ağladımsa, 1 manat yığa bilmədilər”. Pepperoni pizza
Telegram kanalımız