Bacısı oğlunu nazir təyin etdi 

saytların hazırlanması

Evə çatdırılma

Bacısı oğlunu nazir təyin etdi 

Dünya

05 İyun 2024 09:09 386


Çeçenistan rəhbəri Ramzan Kadırovun bacısı oğlu Adam Çerxiqov muxtar bölgənin nəqliyyat, rabitə və rəqəmsal inkişaf naziri təyin edilib. 

Yenisabah.az xəbər verir ki, bu barədə Kadırov özünün teleqram kanalında yazıb. 

“Çeçenistan Respublikasının Nazirlər Kabinetində və hökumətində kiçik kadr və struktur dəyişiklikləri edilib. Adam Çerxiqov Ramzan Çerxiqov əvəzinə Çeçenistan Respublikasının nəqliyyat, rabitə və rəqəmsal inkişaf naziri təyin edilib”, - deyə Ramzan Kadırov  bildirib.  pizza hut

2007-ci ildən bu vəzifəni Adam Çerxiqovun atası Ramzan Çerxiqov tuturdu. Adam Çerxiqov yeni vəzifəyə təyin olunmazdan əvvəl Çeçenistan hökumətinin məktəbəqədər təhsil komitəsinin sədri olub. 

Çeçenistan rəhbəri qeyd edib ki, “gənc yaşına baxmayaraq” Adam Çerxiqov rəhbər vəzifələrdə böyük təcrübəyə malikdir. 

Qeyd edək ki, ötən ay Kadırov böyük oğlu, 18 yaşlı Axmat Kadırovu idman naziri təyin edib. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!