Bacısı öldüyü gecə efirdə mahnı oxudu 

saytların hazırlanması

Evə çatdırılma

Bacısı öldüyü gecə efirdə mahnı oxudu 

Şou

06 Fevral 2023 09:18 2411


Xəbər verdiyimiz kimi, Xalq artisti Nazpəri Dostəliyevanın bacısı, müğənni Zeynəb Dostəliyeva ötən gecə vəfat edib.

Yenisabah.az xəbər verir ki, o, bir neçə gün əvvəl kəskin qaraciyər və böyrək ağrıları ilə xəstəxanaya yerləşdirilmişdi. 

Maraqlıdır ki, Zeynəb xanım dünyasını dəyişdiyi vaxt bacısı Nazpəri Dostəliyeva ATV-də yayınlanana "Nanəli" verilişinin qonağı olub. Xalq artisti hətta gənc xanəndə Mirələm Mirələmovla bir neçə duet oxuyuib. Bu isə çoxsaylı suallar doğurub.  Marqarita pizza

"Yeni Sabah" məsələni araşdıranda məlum olub ki, Nazpəri Dostəliyevanın qonaq olduğu "Nanəli" verilişi bir neçə gün əvvəl çəkilib. Xalq artisti bacısının ölüm ayağında olduğunu deyərək, proqrama qatılmaq istəməyib. Amma o, verilişin mərhum xanəndə Məhəbbət Kazımova həsr olunduğunu biləndən sonra aparıcının təklifini qəbul edib. Verilişin Zeynəb Dostəliyevanın dünyasını dəyişdiyi vaxt efirə getməsi sırf təsadüf nəticəsində baş verib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!