Bakı-Ağstafa qatarından istifadə edənlərin NƏZƏRİNƏ

saytların hazırlanması

Evə çatdırılma

Bakı-Ağstafa qatarından istifadə edənlərin NƏZƏRİNƏ

Sosial

18 Noyabr 2024 17:59 377


“Azərbaycan Dəmir Yolları” QSC (ADY) Bakı-Ağstafa-Bakı marşrutuna artan sərnişin tələbatını təmin etmək məqsədilə bu xətt üzrə noyabrın 24-də əlavə qatar reysləri təyin edib.

Bu barədə "Yeni Sabah"a ADY-yə istinadən xəbər verir.

Məlumata görə, eyni zamanda, Bakı-Ağstafa-Bakı qatarları ilə sərnişinlər ənənəvi qrafiklə hər gün hər iki istiqamətə səfər edə bilərlər. pizza mizza

Səhmdar Cəmiyyət şəhərlərarası istiqamətlərdə səyahət edən sərnişinlərə tövsiyə edir ki, COP29 tədbiri ilə əlaqədar yollarda hərəkət intensivliyinin artması fonunda Bakı Dəmiryol Vağzalına səfər saatından ən azı 2 saat öncə gəlsinlər. Bundan başqa, sərnişinləri yola salan və ya qarşılayan zaman vağzal ərazisinə maksimum dərəcədə daxil olmamağa çalışsınlar.

Qurum bildirir ki, sərnişinlərə vağzal əməkdaşları tərəfindən hər cür dəstək göstəriləcək.


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!