Bakı metrosunda nə baş verdi? - Sərnişinlər təşvişə düşdü/Video

saytların hazırlanması

Evə çatdırılma

Bakı metrosunda nə baş verdi? - Sərnişinlər təşvişə düşdü/Video

Hadisə

25 Oktyabr 2022 20:46 1230


Bu gün Bakı metropoliteninin “Sahil” stansiyasında eskalatorda qəfil dayanıb.

Yenisabah.az xəbər verir ki, hadisə 18:56 radələrində baş verib.

Sərnişinlər eskalatordan piyada düşməyə məcbur olublar. Sərnişinlərin bəziləri təşvişə düşüblər. İlk olaraq eskalatorun texniki nasazlıq səbəbindən dayandığını düşünüblər. Pepperoni pizza

Hadisə barədə məlumat almaq üçün Bakı metropoliteni ilə əlaqə saxladıq. Qurumun mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov bildirdi ki, əslində eskalator texniki nasazlıq səbəbindən dayanmayıb.

“Sərnişin hər hansısa zərurət olmadan təhlükəsizlik düyməsindən istifadə edib. Dərhal qoşublar. Yəni problemli heç nə olmayıb”, – deyə qurum rəsmisi bildirib./BAKU.WS


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!