Bakı sakini mənzilinə axan soyuducu suyuna görə qonşusunu bıçaqladı

saytların hazırlanması

Evə çatdırılma

Bakı sakini mənzilinə axan soyuducu suyuna görə qonşusunu bıçaqladı

Kriminal

14 İyun 2023 01:44 1068


Bakının Suraxanı rayonunda qonşular arasında dava düşüb.

Yenisabah.az xəbər verir ki, hadisə Elçin Məmmədov küçəsində baş verib.

Belə ki, ev 5, mənzil 72 ünvanında yaşayan 1980-ci il təvəllüdlü Ələkbərzadə Fərəc Vaqif oğluna məxsus evin mətbəxindən aşağı mərtəbədə yaşayan şəxsin mənzilinə su damıb. Məlum olub ki, su soyuducudan axıb. Qonşu F.Ələkbərzadəyə iradını bildirib. Bu zaman tərəflər arasında əlbəyaxa dava düşüb. F.Ələkbərzadə bıçaqlanıb. O, Sabunçu Tibb Mərkəzinə yerləşdirilib. pizza mizza

Faktla bağlı Suraxanı Rayon Polis İdarəsinin əməkdaşları araşdırma aparır./APA


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!