Bakı və İrəvan sərhədlə bağlı danışıqları bərpa edir

saytların hazırlanması

Evə çatdırılma

Bakı və İrəvan sərhədlə bağlı danışıqları bərpa edir

Siyasət

11 Aprel 2024 11:48 683


Ermənistan və Azərbaycan delimitasiya və demarkasiya komissiyalarının işini bərpa etmək barədə razılığa gəliblər.

Yenisabah.az "Novosti Armenia"ya istinadla xəbər verir ki, bunu Ermənistan xarici işlər nazirinin müavini Vaan Kostanyan jurnalistlərə açıqlamasında deyib.

Nazir müavini bildirib: "Hökumətlər xeyli müddətdir dayandırılmış delimitasiya işlərinin bərpası ilə bağlı razılığa gəliblər. Hazırda hər iki ölkə delimitasiya komissiyalarının tərkibini yeniləyib. Lakin görüşlər hələ baş tutmayıb". pizza sifarişi

O, ilk görüşün tez bir zamanda olacağına ümid etdiyini diqqətə çatdırıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!