Bakıda ağır qəza, bir ailənin 4 üzvü...

saytların hazırlanması

Evə çatdırılma

Bakıda ağır qəza, bir ailənin 4 üzvü...

Kriminal

06 Noyabr 2023 07:58 1647


Bakının Nəsimi rayonunda yol qəzası baş verib, iki azyaşlı yaralanıb.

“Yeni Sabah” APA-ya istinadən bildirir ki, qəza 3-cü mikrorayon dairəsində qeydə alınıb.

Dairədə hərəkətdə olan "Toyota" markalı maşınla "Chevrolet" avtomobil toqquşub. Qəza nəticəsində 1984-cü il təvəllüdlü Əhmədzadə Rasim, onun həyat yoldaşı 1985-ci il təvəllüdlü Əhmədzadə Ləman və onların övladları 2019-cu il təvəllüdlü Banu və Ayan xəsarət alaraq Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Pepperoni pizza

Faktla bağlı Nəsimi Rayon Polis İdarəsində araşdırma aparılır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!