Bakıda dəhşət: 1 nəfər öldü, 2 nəfər yaralandı

saytların hazırlanması

Evə çatdırılma

Bakıda dəhşət: 1 nəfər öldü, 2 nəfər yaralandı

Kriminal

30 İyul 2023 08:48 1314


İyulun 29-da saat 23:00 radələrində 1 nəfərin kəsici-deşici xəsarətlərdən ölməsi, 2 nəfərin isə kəsici-deşici xəsarətlər alması barədə Suraxanı rayon prokurorluğuna məlumat daxil olub.

Yenisabah.az xəbər verir ki, bu barədə Suraxanı rayon Prokurorluğu məlumat yayıb.

İlkin araşdırma zamanı Bülbülə qəsəbəsində yerləşən evlərdən birində qısqanclıq zəminində yaranmış mübahisə zamanı 1986-cı il təvəllüdlü Şahin Əhmədov, 1997-ci il təvəllüdlü İmamverdi Quluzadə və 1998-ci il tarixli Bəkir Qurbanovun bıçaq xəsarətləri alması, sonuncunun həmin xəsarətlər səbəbindən ölməsinə əsaslı şübhələr müəyyən edilib. Dördpendirli pizza

İmamverdi Quluzadə və Şahin Əhmədovun müalicəsi hazırda xəstəxanada davam etdirilir.

Faktla bağlı Suraxanı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!