Bakıda dəhşətli qəza: Piyadanı üç avtomobil vuraraq öldürdü - Fotolar

saytların hazırlanması

Evə çatdırılma

Bakıda dəhşətli qəza: Piyadanı üç avtomobil vuraraq öldürdü - Fotolar

Hadisə

04 Oktyabr 2022 23:44 1339


Bakının Nizami rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Yenisabah.az xəbər verir ki, hadisə Mikayıl Əliyev küçəsində baş verib.

Avtomobil təmiri sexində çalışan şəxs piyadalar üçün müəyyən edilməyən yoldan keçərkən onu əvvəlcə əks yoldan keçən “Hyundai” markalı avtomobil vurub. Pepperoni pizza

Piyada zərbənin təsirindən Orxan Əliyevin idarə etdiyi “Toyota”ya çırpılıb. Zərbədən piyada yerə yıxılıb və bu zaman eyni istiqamətdə hərəkətdə olan “Toyota” markalı digər maşın piyadanın üzərindən keçib. Zərbələrin təsirindən tanınmaz hala düşən piyadanın kimliyini müəyyənləşdirmək mümkün olmayıb.

Hadisə yerinə Nizami Rayon Polis İdarəsinin və Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları cəlb edilib. Piyadanın meyiti məhkəmə tibbi ekspertiza və Pataloji Anatomiya Birliyinin şöbəsinə aparılıb. Hazırda piyadanı birinci vuran avtomobilin axtarışı aparılır.

Faktla bağlı avtotexniki ekspertiza aparılır.

/APA


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!