Dənizkənarı Bulvar İdarəsinə məxsus "Dənizkənarı Milli Park" MMC ləğv olunduğunu elan edib.
Yenisabah.az xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti məlumat yayıb.
Məlumatda deyilir ki, kreditorlar tələblərini 2 ay ərzində Bakı şəhəri, Səbail rayonu, Neftçilər prospekti, ev 2A ünvanına bildirə bilərlər. pizza sifarişi
Xatırladaq ki, "Dənizkənari Milli Park" MMC 2008-ci ildə dövlət qeydiyyatına alınıb. Onun nizamnamə kapitalı 10 manat, qanuni təmsilçisi isə İlqar Cəbrayıl oğlu Sadıqovdur.
Telegram kanalımız