Bakıda fəhləni cərəyan vurub öldürdü

saytların hazırlanması

Evə çatdırılma

Bakıda fəhləni cərəyan vurub öldürdü

Hadisə

17 Noyabr 2022 09:50 560


Paytaxtın Qaradağ rayonunda su xətti çəkən fəhlə bədbəxt hadisə nəticəsində ölüb

Yenisabah.az xəbər verir ki, rayon prokurorluğu məlumat yayıb.

Noyabrın 16-sı saat 15 radələrində Baş Ələt qəsəbəsi ərazisində yerləşən Dartı Yarımstansiyasının qarşısında quraşdırılmış müvəqqəti işçi düşərgəsində fəhlə işləyən 1976-cı il təvəllüdlü Tahir Məmmədov ölüb. Dördpendirli pizza

O, mətbəx otağına su xətti çəkən zaman elektrik cərəyanı vurması nəticəsində vəfat edib.

Faktla bağlı Qaradağ Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 162.2-ci (əmək mühafizəsi qaydalarını pozma ehtiyatsızlıqdan insan ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.

Hazırda istintaq davam edir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!