Bakıda polis icazəsiz aksiyanın qarşısını aldı

saytların hazırlanması

Evə çatdırılma

Bakıda polis icazəsiz aksiyanın qarşısını aldı

Hadisə

11 Noyabr 2022 18:36 920


Bu gün - noyabrın 11-də saat 16 radələrində bir qrup şəxs Bakı şəhər İcra Hakimiyyətinin (BŞİH)  binası qarşısında razılaşdırılmamış aksiya keçirməyə cəhd edib. 

Daxili İşlər Nazirliyindən Oxu.Az-ın soruğusuna cavab olaraq bildirilib ki, cəhdin qarşısı polis əməkdaşları tərəfindən alınıb və həmin şəxslər ərazidən uzaqlaşdırılıblar.

Lakin iştirakçılardan sərxoş vəziyyətdə olan, əvvəllər məhkum olunmuş R.Məmmədov polisin xidməti avtomobilinin arxa şüşəsini sındırdığı üçün saxlanılaraq ərazi polis bölməsinə gətirilib. Sezar pizza

Hazırda müvafiq araşdırmalar aparılır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!