Bakının Xətai rayonunda yol qəzası baş verib.
“Yeni Sabah” APA-ya istinadla xəbər verir ki, hadisə Neapol dairəsinin yaxınlığında baş verib.
Ələkbərli Vəfa Maqsud qızı idarə etidyi "Toyota" markalı maşında sükana nəzarəti itirib. Nəticədə avtomobil beton maneəyə çırpılıb. pizza hut
Yol nəqliyyatı hadisəsi zamanı sürücü xəsarət alaraq Sabunçu Tibb Mərkəzinə yerləşdirilib. Həkimlər onun vəziyyətinin ağır olduğunu bildirir. Hazırda xəstəxananın reanimasiya şöbəsindədir.
Qeyd edək ki, sürücü V.Ələkbərli müğənnidir.

Telegram kanalımız