Bakının Nizami rayonunda yol qəzası zamanı bir nəfər xəsarət alıb.
Yenisabah.az APA-ya istinadla xəbər verir ki, hadisə Qara Qarayev prospektində qeydə alınıb.
1961-ci il təvəllüdlü Ağayev Rövşən Həsən oğlu yolun piyada üçün müəyyən edilməmiş hissəsindən keçərkən onu minik avtomobili vurub. Sürücü yaralını Kliniki Tibbi Mərkəzə yerləşdirib. Həkimlər onun vəziyyətinin kafi olduğunu bildirir. Pepperoni pizza
Qeyd edək ki, xəsarət alan R.Ağayev Baş Prokurorluğun Beynəlxalq əlaqələr idarəsində prokuror vəzifəsində çalışıb. O, 2020-ci ildə təqaüdə göndərilib.
Telegram kanalımız