Bakının Nizami rayonunda yerləşən şadlıq saraylarının birində bədbəxt hadisə baş verib.
Yenisabah.az xəbər verir ki, sərxoş olan 1987-ci il təvəllüdlü Umudov Bəhruz Rasim oğlu şadlıq sarayının 3-mərtəbəsinin eyvanında məcərlərə söykənib. Lakin məcərlər qırılıb və nəticədə B. Umudov yerə yıxılıb.
Ağır bədən xəsarətləri alan yaralı təcili tibbi yardımın köməkliyi ilə 3 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılıb. pizza hut
Müayinə zamanı ona qapalı kəllə-beyin travması, baş-beyinin ağır dərəcəli əzikləri və sınıqları diaqnozları qoyulub.
Yaralının vəziyyəti ağır olduğundan o, reanimasiya şöbəsinə yerləşdirilib.
Hadisənin təfərrüatı araşdırılır./Report
Telegram kanalımız