Bakı şəhəri, Xətai rayonu, Lütfi Zadə küçəsində yaşayış binasında baş verən yanğın söndürülüb.
Yenisabah.az xəbər verir ki, bununla bağlı Fövqəladə Hallar Nazirliyi məlumat verib.
İlkin məlumata əsasən, yanğın 17 mərtəbəli yaşayış binasının şaxtasından keçən elektrik kabellərində baş verib. Dördpendirli pizza
Qeyd olunub ki, yanğınsöndürənlər tərəfindən görülmüş təcili və təxirəsalınmaz tədbirlər sayəsində yanğın mənzillərə keçməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.
Yanğın zamanı FHN-in qüvvələri tərəfindən bina sakinlərinin təxliyəsi həyata keçirilib.
Telegram kanalımız