Bakı şəhərinin Nərimanov rayonunda üçmərtəbəli yataqxana binasının 3-cü mərtəbəsində ümumi sahəsi 20 m² olan otağın yanar konstruksiyaları və ev əşyaları yanıb.
Yenisabah.az xəbər verir ki, bu barədə Föqəladə Hallar Nazirliyi məlumat yayıb.
Yanğın zamanı yanğınsöndürənlər tərəfindən 3 nəfər bina sakini xilas edilib, 10 nəfər təhlükəsiz əraziyə təxliyə olunub. Binanın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb. pizza sifarişi
Telegram kanalımız