Bakıda Yeni ilə belə hazırlıq görülür -   FOTOLAR

saytların hazırlanması

Evə çatdırılma

Bakıda Yeni ilə belə hazırlıq görülür - FOTOLAR

Sosial

20 Dekabr 2024 13:16 263


31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il şənliklərinin keçirilməsi ilə əlaqədar Bakı şəhər və paytaxt rayonları icra hakimiyyətləri tərəfindən müvafiq hazırlıq tədbirləri həyata keçirilir.

Bu barədəYenisabah.az-a Bakı Şəhər İcra Hakimiyyətindən məlumat verilib.

Qeyd olunub ki, parklar, meydan və küçələrinin bəzədilməsi, yeni il atributlarının, işıqlı çilçıraqlar və digər bəzəklər quraşdırılması işləri yekunlaşıb. pizza mizza

Ənənəvi olaraq bayram tərtibatı işləri görülən Neftçilər prospekti, Yusif Səfərov, Niyazi, İstiqlaliyyət küçələri və Azərbaycan prospekti də bayramla bağlı bəzədilir.

“Azneft” dairəsində isə yeni il şam ağacı kompleksi yaradılıb.

Həmçinin rayon icra hakimiyyətlərinə bayramla bağlı ərazilərdə nümunəvi küçələr hazırlanması tövsiyə edilib.


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!