Bakıdan Sumqayıta gedən sərnişinlərin NƏZƏRİNƏ - Gediş haqqı açıqlandı

saytların hazırlanması

Evə çatdırılma

Bakıdan Sumqayıta gedən sərnişinlərin NƏZƏRİNƏ - Gediş haqqı açıqlandı

Sosial

06 Dekabr 2024 19:37 1366


Bakıdan Sumqayıta hərəkət edəcək 594 nömrəli ekspres marşrutu dekabrın 9-dan fəaliyyətə başlayacaq.

Yenisabah.az xəbər verir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) məlumat verilib.

Bildirilib ki, sərnişinlərin daşınması “BakuBus” MMC-nin 17 “Neoplan” markalı avtobusları ilə 8 dəqiqəlik hərəkət intervalı ilə həyata keçiriləcək. Dominos pizza

Sumqayıt Avtovağzalından yola düşən avtobusların aralıq dayanacaq məntəqələri “Bağça Şəhər” yaşayış kompleksi, Sumqayıt dairəsi və Ceyranbatan qəsəbəsi, son dayanacağı isə “20 Yanvar” metrostansiyası (“Azərsu” ASC-nin inzibati binasının yaxınlığı) təyin edilib.

Əks istiqamətdə isə başlanğıcını metrostansiyanın Sumqayıt istiqamətinə olan çıxışında götürən avtobuslar marşrut üzərindəki eyni dayanacaqlarda saxlamaqla hərəkət edəcək.

Ekspres xətt üzrə gediş haqqı 0.80 AZN müəyyən edilib və ödənişlər nağdsız qaydada həyata keçiriləcək.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • RAHİM
    Hörmətli " AYNA" YAXŞI OLARDI Kİ 594 NÖMRƏLİ MARŞURUT " 20 YANVAR" - DAN SUMQAYITDAKI "GÖYIRÇİN" ABİDƏSİNƏ QƏDƏR GEDİB SÜLH KÜÇƏSİ İLƏ GERİ DÖNÜB BAKIYA QAYIDARDI.
    1 year ago